Şahzadənin toy planı açıqlandı - FOTO

12 Fevral 2018 11:19

Britaniya kraliçası 2-ci Yelizavetanın nəvəsi şahzadə Harri ilə onun nişanlısı Meqan Marklın toyu mayın 19-da olacaq.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Kensinqton Sarayı toy mərasiminin planını açıqlayıb.

Vindzorja keçiriləcək nikah mərasimindən sonra toy başlayıb.

Kenterberi yepiskopu Castin Uelbinin keçirəcəyi nikah mərasimindən sonra şahzadə Harri ilə Meqan Markl dəbdəbəli karetada Vindzora yollanacaqlar.

Onlar 6 küçədən keçəndən sonra Vindzor qəsrinə qayıdacaqlar.

Müqəddəs Georgi kilsəsində olacaq toylara yüzlərlə qonaq dəvət olunub.

Kilsədəki toy mərasiminə Vindzor yepiskopu Devid Konner rəhbərlik edəcək.

33 yaşlı şahzadə Harri son onilliklər ərzində Britaniyada ilk kraliça ailəsi mənsubudur ki, boşanmış qadınla ailə quracaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində