Boliviyada karnavalın birinci günündə 21 nəfər ölüb

12 Fevral 2018 08:55

Boliviyada keçirilən karnavalın birinci günündə partlayış nəticəsində 21 nəfər ölüb, 70 nəfərdən çox insan yaralanıb.

Trend-in KİV-lərə istinadən verdiyi məlumata səasən, hadisə ölkənin Oruro şəhərində baş verib.

"Bu gün bizim üçün çox ağır gün olub. Əfsuslar olsun ki, bir neçə insident baş verib və nəticədə 21 nəfər ölü və 72 yaralımız var", - deyə ölkənin Polis Komandanı Faustino Mendosa bildirib.

Milli.Az