Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb - VİDEO

12 Fevral 2018 08:40

Rusiyanın Moskva vilayətində "AN-148" tipli sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb. Milli.Az APA-ya istinadən xəbər verir ki, videonun 26-cı saniyəsində partlayışın baş verdiyi əks olub. Kadrlardan göründüyü kimi, partlayış baş verdikdən sonra təyyarə müəyyən məsafə qət edir və sonda yerə çırpılır.

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyada sərnişin təyyarəsinin qəzaya uğradığı an kameraya düşüb