It və sahibəsi eyni vaxtda xərçəng oldu – Qəribə olay

13 Fevral 2018 23:55

Böyük Britaniya sakini 54 yaşlı qadın Sara Peyc 2014-cü ildə öz iti 6 yaşlı Freyin süd vəzisi ətrafında şiş tapır.
Labrador cinsindən olan itdə veterinarlar xərçəngin aqressiv formasi diaqnozunu qoyur və metastaz verdiyindən kimyaterapiya etmək üçün gec olduğunu bildirirlər. Proqnozlara görə itin ömrünə 6 ay qalmışdı.

Milli.Az medicina.az-a istinadən bildirir ki, lakin 6 ay sonra itin vəziyyəti qəti pisləşmir, əksinə iştahı, aktivliyi yaxşı idi. 2015-ci ildə isə itin sahibəsi Sarada döşündə bədxassəli şiş aşkar etdilər. Sara əməliyyat olunur və kimyaterapiya keçir.
Bu çətin ərəfədə it sahibəsinin yanından ayrılmır.

" Mənim halım pis olanda, xəstəxanada, evdə Frey mənim xilaskarım olurdu. Daim yanımda uzanır, başını sinəmə, dizimə qoyurdu. Mən inanıram ki, itlərin 6-cı hissi var. Mənə elə gəlir ki, Freya ona görə ölmədi ki, mənə xərçənglə mübarizədə dəstək olsun. Bəzən mən ona baxıb qorxmuram, qalib gələcəyimi düşünürəm, ondan ilhamlanıram.  Əgər o veterrinarın dediyi kimi, 6 aydan sonra ölsəydi, bu xəstəliklə tək necə mübarizə aparacağımı təsəvvür etmirəm"- deyə Sara bildirir.

"O ki qaldı itin xəstəliyinə, o 4 ildir ki, yaşayır və aktivdir. O, super qəhrəmandır. Bu onu göstərir ki, həkimlər çox vaxt səhv edə bilər."

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində