Rusiya FHN-i təyyarə qəzasında ölən əcnəbilərin vətəndaşlığını müəyyənləşdirir

12 Fevral 2018 00:00

Moskva yaxınlığında AN-148 tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində ölən üç əcnəbidən ikisinin vətəndaşlığı müəyyənləşdirilir. Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in nümayəndəsi İqor Kutrovski bildirib. 

Bundan əvvəl təyyarə qəzasında ölən əcnəbilərdən birinin Azərbaycan vətəndaşı olduğu təsdiqlənib.

Orskdakı Azərbaycan icmasından verilən məlumata görə, qəzada ölən Namiq Qəhrəmanov əslən Azərbaycanın Yevlax rayonundan olub.

Milli.Az