İlahi eşqlə adi eşqin 8 fərqi

13 Fevral 2018 23:45

İlahi eşqlə adi eşqlərin fərqlərinə diqqət edək:

1. İlahi eşq aramedicidir, başqa eşqlər insanı aramsız edər.

2. İlahi eşq səbir gətirər, başqa eşqlər səbri sındırar.

3. İlahi eşq təkəbbürü sındırar, başqa eşqlər təkəbbür yaradar.

4. İlahi aşiq aləmdəki hər bir şeyi Allahın cilvəsi bilər. Milli.Az deyerler.org-a istinadən bildirir ki,  ona görə də hamını sevər. Başqa aşiqlər isə nəfsani istəklərinə qulaq asarlar.

5. İlahi eşq kamal verəndir, başqa eşqlər fəsad gətirə bilər.

6. İlahi eşq məhəbbət gətirəndir, başqa eşqlər əgər vüsala çatmasa, intiqam alandır. Onun üçün ayrılıq əzabvericidir.

7. İlahi eşqdə nakamlıq məna kəsb etməz, ancaq başqa eşqlərdə pərişanlıq gətirər.

8. İlahi eşqdə hər nə qədər irəli gedərsə, eşqi artar. Ancaq başqa eşqlərdə hər nə qədər irəli gedər, təəssüfü çox olar.

İmam Sadiq (ə) buyurur: "İbadət edənlər üç dəstədir. Bir dəstə Allaha qorxudan ibadət edər, bu, qulların ibadətidir. Bir dəstə Allah Təalaya savab üçün ibadət edər, bu, muzd alanların ibadətidir. Bir dəstə də eşq və məhəbbətə görə Allaha ibadət edər ki, bu azad insanların ibadəti və ən üstün ibadətdir".

Allahım, bizləri Öz aşiqlərinin zümrəsində qərar ver!

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində