Qünutda hansı duanı oxumaq lazımdır?

13 Fevral 2018 21:15

Qünutda hər hansı duanı və zikri oxumaq icazəlidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, hətta "sübhanallah" zikrini söyləmək və ya salavat demək də kifayət edər. Amma yaxşı olar ki, qünutda bu dua oxunsun:

"La ilahə illəllahul-həlimul-kərim. La ilahə illəllahul-əliyyul-əzim. Subhanəllahi Rəbbis-səmavatis-səbi və Rəbbil-ərzinəs-səbi və ma fihinnə və ma bəynəhunnə və Rəbbil-ərşil-əzim. Vəlhəmdu lilahi Rəbbil-aləmin".

Tərcüməsi: "Ən helmli və ən kəramətli Allahdan başqa tanrı yoxdur. Ən uca və ən əzəmətli Allahdan başqa tanrı yoxdur. Yeddi göyün, yeddi yerin, onların içində və arasında olanların Rəbbi və ərşin əzəmətli Rəbbi olan Allah hər nöqsandan uzaqdır. Aləmlərin Rəbbi olan Allaha həmd olsun".

Bundan başqa Bəqərə surəsinin 201-ci ayəsindəki "rəbbəna atina..." duasını da oxumaq müstəhəb sayılır. Qeyd edək ki, qünut namaz sözlərinin içində yeganə sözdür ki, onu istənilən dildə söyləmək icazəlidir. Qünutdan başqa namazın bir kəlməsini ərəbcə deyil, başqa dildə söyləmək namazı batil edər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində