“Apple AirPods” qulaqcığı partladı

13 Fevral 2018 08:25

ABŞ-ın Florida ştatının sakini Ceyson Kolona məxsus "Apple AirPods" simsiz qulaqcığı partlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə C. Kolon fitnes-klubda idmanla məşğul olarkən baş verib. Qəflətən qulaqcıqlardan biri tüstülənməyə başlayıb. C. Kolon qulaqcığı çıxarıb və kömək üçün administratora müraciət edib. O, yerinə qayıtdıqda qulaqcığın partladığını görüb.  

Bu, "Apple AirPods"un partlaması ilə bağlı ilk hadisədir. Şirkət araşdırma apararaq hadisənin səbəbini müəyyən etməyə çalışacağını açıqlayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində