LG 3 ekranlı smartfonu patentləşdirdi

13 Fevral 2018 08:05

Cənubi Koreyanın LG şirkəti Ümumdünya Əqli Mülkiyyət Təşkilatında 3 ekranı olan smartfon patentləşdirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, müraciət hələ 2014-cü ilin dekabrında edilib, ancaq 2017-ci ilin noyabr ayında təsdiqlənib. Bu barədə məlumat yalnız indi açıqlanıb.

Cihaz üç nazik hissədən ibarətdir ki, onlar da bir qovluq halında qatlana bilir. Mərkəzi panel "Home" düyməsinə malikdir. Genişləndirilmiş formada hər üç displeyi istifadə etmək mümkündür. Bağlanmış halda isə bir və ya iki ekranı istifadə edilə bilər.
 

Mütəxəssislərin fikrincə, bu smartfon tez bir zamanda kommersiya istifadəsinə verilməyəcək. Cihazın texniki xüsusiyyətləri açıqlanmır. Hələlik modelin eskizləri məlumdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində