Qadın özünü asıb

11 Fevral 2018 23:03

Göygöldə intihar hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Fadilli kəndində baş verib. Kənd sakini 1944-cü il təvəllüdlü Məsimova Salatın Əşrəf qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xeyli vaxtdır ki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Milli.Az