"Facebook" yeni funksiyanı test etməyə başlayıb

11 Fevral 2018 22:49

"Facebook" digər istifadəçilərin şərhlərinə neqativ münasibət bildirmək imkanını verən yeni "downvote" adlı düyməni test edir.

Milli.Az Technote-yə istinadən xəbər verir ki, bir müddət öncə bəzi sosial şəbəkə istifadəçiləri "Facebook" qrupları paylaşımlarında bu yeni düyməyə rast gəliblər.

"Facebook" isə bu xəbərlərin yayılmasından sonra rəsmi olaraq bildirib ki, hazırda "dislike" düyməsi üzərində çalışmır:

"Biz ictimai səhifələrin paylaşımlarındakı olan şərhlərin qiymətləndirilməsi imkanını verən funksiyanı müşahidə edirik. Bu test yalnız ABŞ-da kiçik istifadəçi kütləsi vasitəsilə aparılır" - deyə şirkət bildirib.

"Downvote" düyməsi hansısa paylaşımda olan bu və ya digər şərhin aşağı düşməsinə imkan verir. Nəticədə istifadəçilər onları çox az ehtimalda görəcəklər. Bu yeni funksiya sosial şəbəkədə təhqir, "trolling" və s. kimi özəlliklərlə mübarizə aparmaq üçün düşünülüb.

Milli.Az