Rusiyada qəzaya uğrayan təyyarənin pilotu nasazlıq yarandığını bildirib

11 Fevral 2018 21:15

Rusiyada qəzaya uğrayan AN-148 tipli sərnişin təyyarəsinin pilotu dispetçerlərə nasazlığın yarandığını bildirib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gazeta.ru-ya araşdırmanın gedişatı ilə yaxından tanış olan mənbə bildirib. 

Məlumata görə, təyyarə Jukovski aerodromunda qəza enişi etməyi planlaşdırırmış. 

Qeyd edək ki, Moskva-Orsk marşrutu ilə uçan AN-148 tipli sərnişin təyyarəsi Moskva vilayəti ərazisində qəzaya uğrayıb. Nəticədə 65 sərnişin və 6 heyət üzvü ölüb. 

Milli.Az