Beren Saat hamilədir?

11 Fevral 2018 19:34

Üç mövsümdür efirlərdə olmayan Beren Saat Yeni ildə getdiyi Los-Ancelesdə ana olmaq üçün müalicə alıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, bir film şirkətinin təklif göndərdiyi Beren onu geri çevirib. Bəlli olub ki, Saat hamilədir. 

Bu günlərdə isə Kenan Doğulu Amerikadan tək qayıdıb. O, Uludağda konsert verdikdən sonra yenidən həyat yoldaşının yanına qayıdacaq. Beren Saat süni mayalanma yolu ilə hamilə qalıb. 

Kenan və Beren cütlüyü xəbəri hələ təsdiqləməyib.

Milli.Az