Qüds müzakirə mövzusu deyil – Tramp

11 Fevral 2018 18:03

ABŞ-ın Qüdsü İsrailin paytaxtı olaraq tanımaq qərarı qətidir və müzakirə predmeti deyildir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.

"Qüdsü müzakirə masasından qaldıraraq İsrailin paytaxtı olduğunu və bunun artıq müzakirə predmeti ola bilməyəcəyini göstərdim", - Tramp bildirib.

ABŞ prezidenti həmçinin İsrail və Fələstinin sülh masasında qarşılıqlı güzəşt etməli olduğunu qeyd edib.

Milli.Az