Sinan ilk dəfə evlənməməsinin səbəbini açıqladı

11 Fevral 2018 17:57

Müğənni Sinan Akçıl verilişlərdən birində qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı həm şəxsi həyatı, həm də iş həyatından danışıb.

Akçıl hələ də evlənməməsinin səbəblərini ilk dəfə açıqlayıb:

"Anamla atam 16 yaşım olanda ayrılmışdılar. Onda qadınlara inamım itmişdi. Əvvəlcə anama hirslənmişdi. Sonradan anama qulaq asdıqdan sonra atamdan küsdüm. Ona görə evlilik məni bir az qorxudur".

Akçıl eyni zamanda "Deyirlər, estetik əməliyyat olunmusuz" sualına "Xeyr. Mən də eşitmişəm. Deyirlər, dodağıma dolğu eləmişəm. Amma elə bir şey yoxdur. Eləmək istəyənlərə də məsləhət görmürəm", - cavabını verib.

Milli.Az