Rusiyada təyyarə QƏZASI: 71 nəfər həlak oldu - YENİLƏNİB - VİDEO - FOTO

11 Fevral 2018 17:04

Rusiyada qəzaya uğrayan "An-148" tipli sərnişin təyyarəsinin qalıqları tapılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

Qeyd edək ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

---------

16:50

Rusiyada "An-148" tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü olub.

Hazırda təyyarənin düşdüyü yer müəyyən edilib və xilasedicilər hadisə yerinə göndərilib.

Milli.Az