Güclü qar 4 nəfərin ölümünə səbəb oldu - Yaponiyada

11 Fevral 2018 15:58

Yaponiyada yağan güclü qar ölümə səbəb olub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə NHK kanalı məlumat yayıb.

Məlumata əsasən, güclü qar nəticəsində ümumilikdə 4 nəfər həlak olub, daha 48 nəfər isə müxtəilf dərəcəli xəsarətlər alıb.

Fukui prefekturasında qarın qalınığı 1 metr 9 santimetr, Niiqata da isə 1 metr 23 santimetr təşkil edib. 

Milli.Az