"Keşlə"də yeni kapitan

11 Fevral 2018 17:11

Topaz Premyer Liqasının XV turunda "Keşlə" "Səbail"i qəbul edəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu matçda qəsəbə klubunun kapitanı Kamran Ağayev olacaq. Belə ki, qış transfer pəncərəsində Boleslav "Mlada"sından "Keşlə"yə üz tutan "çərçivə qoruyucusu" komandanın yeni kapitanıdır. Mövsümün əvvəlində "Keşlə"də kapitanlıq sarğısını Nizami Hacıyev daşıyırdı. Məlum hadisələrdən sonra Denis Silva komandanın kapitanı idi. 

Milli.Az