Maradona: "Messi tam formada olsa..."

11 Fevral 2018 16:13

Dünya futbolunun canlı əfsanəsi Diyeqo Maradona Argentina millisi barədə fikirlərini bölüşüb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 1986-cı ilin dünya çempionu növbəti dəfə tənqidi yanaşma nümayiş etdirib.

"Məni narahat edir ki, Argentina millisindən artıq qorxmurlar. Bu gün Messi istisna olmaqla, bizim futbolçulara əvvəlki kimi yanaşmırlar. Nigeriya ilə son matçda, az qala 8 qol buraxacaqdıq. Argentina millisinin dünya çempionu olmaq şansı 60%-dir. Bu o halda baş verəcək ki, Messi tam formada olsun. Komanda xoru xatırladır. Onlar oxuya bilir, amma tək yox. Xorun solisti isə Messidir. Mundialda Mauro İkardiyə güvənmək düzgün deyil. Hiquain ondan 10 dəfə yaxşı oynayır. Sampaoli heç nə başa düşmür. O yalnız dostlarının evində nahara nə yeyəcəyindən xəbərdardır".

Milli.Az