Pakistanda avtobus dərəyə aşıb: 5 ölü, 15 yaralı

11 Fevral 2018 15:36

Pakistanın Belucistan əyalətində Kvetta-Karaçi marşrutu ilə hərəkət edən sərnişin avtobusu dərəyə aşıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, avtobusun dərəyə aşması nəticəsində 5 nəfər həlak olub, azı 15 nəfər isə xəsarət alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

Milli.Az