MMA döyüşçüsü Ronalduya papaq hədiyyə edib

11 Fevral 2018 15:04

Rusiyalı MMA döyüşçüsü Həbib Nurmaqomedov "Real Madrid"in futbolçusu Kriştianu Ronalduya xəz dərindən hazırlanmış papaq hədiyyə edib, portuqaliyalı hücumçu əvəzində ona top və futbolkasını verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, görüşün videosunu Nurməhəmmədov öz "Instagram" səhifəsində paylaşıb.

"Bir-birinə hədiyyə verdik. Kimin kimə nə hədiyyə etdiyini özünüz başa düşdünüz", - deyə Nurmaqomedov bildirib.

Dağıstanlı idmançı Ronaldunun futbolkasının kolleksiyasında xüsusi dəyərə malik olacağını qeyd edib. Ronaldo və Nurmaqomedov İspaniya Primerasında baş tutan "Real" - "Real Soceidad" (5:2) oyunundan sonra görüşüb. 

Milli.Az