Bakıda yaşayış binasında yanğın olub

11 Fevral 2018 14:24

Bakıda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Nərimanov rayonunda doqquzmərtəbəli yaşayış binasının zirzəmisində istifadəyə yararsız məişət əşyaları 25 m2 sahədə yanıb.

Zirzəminin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Milli.Az