İngiltərə hökumətinə YPG xəbərdarlığı

11 Fevral 2018 13:37

İngiltərə parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər komitəsinə təqdim olunan sənədlər PKK ilə YPG bağlantısını ortaya qoyur.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Nümayəndələr Palatasının Xarici İşlər komitəsinin rəhbəri Tom Tugendhat deyib.

Məlumata görə, "Kürdlərin həvəsləri və İngiltərənin mənafeyi" adlı hesabatla bağlı danışan Tugendhat Türkiyənin YPG-ni terror qruplaşması kimi tanıdığını, ABŞ-ın isə Suriyada İŞİD-ə qarşı əməliyyatlarda ondan müttəfiqi olaraq istifadə etdiyini bildirib.

Tugendhat İngiltərənin bu mövzuda mövqeyini qəti şəkildə ortaya qoymalı olduğunu söyləyib.

Milli.Az