Danimarka millisinin üzvü Çin klubunda

11 Fevral 2018 13:10

"Brentford" klubu və Danimarka millisinin futbolçusu Lasse Vibe karyerasını Çində davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 30 yaşlı forvard "Changchun Yatai" klubu ilə anlaşıb. Transfer 2 milyon funta başa gəlib. Vibe yeni komandasında 10 nömrəli forma ilə çıxış edəcək. O, Danimarka millisində 11 oyuna çıxıb və 1 qol vurub.

Danimarkalı hücumçu ötən həftə İspaniyanın Alikante şəhərində toplanış keçən "Yatai" klubunun düşərgəsinə baxışa gəlmişdi.

Milli.Az