Türkiyənin daha bir hərbçisi Suriyada şəhid oldu

11 Fevral 2018 12:14

Türkiyə ordusu Suriyanın Afrin şəhərində aparılan "Zeytun budağı" anti-terror əməliyyatı çərçivəsində daha 1 əsgərini itirib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Türkiyə silahlı qüvvələrinin komandanlığı məlumat yayıb.

Artıq 23 gündür davam edən əməliyyat zamanı məhv edilən yaraqlıların sayı 1266 nəfərdir.

Milli.Az