"Napoli"nin futbolçusu əməliyyat olundu

11 Fevral 2018 12:07

"Napoli"nin müdafiəçisi Fauzi Qulam diz qapağından əməliyyat olunub. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki, əlcəzairli futbolçu məşqlərə 1 aydan sonra qayıda biləcək. Qulam fevralın 9-u məşqdə zədəsini təzələmiş və dərhal cərrahi müdaxilyə ehtiyac duyulmuşdu. 27 yaşlı müdafiəçi noyabrdan meydana çıxmır. Bu mövsüm Neapol klubunda 17 oyuna çıxan Qulam 2 qol vurub. 

Milli.Az