İndoneziyada naməlum şəxs kilsə ziyarətçilərinə hücum etdi

11 Fevral 2018 10:57

Bazar günü İndoneziyanın Cokyakarta şəhərində maçete ilə silahlanmış şəxs katolik kilsəsinin ziyarətçilərinə və keşişə hücum edib.

Milli.Az report.az-a istinadən bildirir ki,  bu barədə "Bisnis Indonesia" qəzeti məlumat yayıb.

Onun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Milli.Az