Azərbaycanlı aktyor: "Çox böyük, qəribə stresslər yaşadım"

15 Fevral 2018 21:01

Əməkdar artist Azad Şükürov teatrda işləməməsindən danışıb.

Milli.Az-a açıqlama verən aktyor bunu həyatında yaşadığı stresslə əlaqələndirib.

"Mən 10 il əvvəl həm teatrdan, həm də universitetdən getdim. Uzun illər Bakı Bələdiyyə Teatrında çalışmışam, heç vaxt teatrdan aralı düşməmişəm. İnsan bəzən hər şeydən kənarlaşıb yenidən həyatına başlamaq istəyir. 10 il öncə çox böyük, qəribə stresslər yaşandı həyatımda. Şəhərdə olan bütün teatrların baş rejissorları mənimlə gözəl münasibətdədir. Nə vaxt məsləhət bilsələr, dəvət etsələr gedib teatrda çalışaram. Məsləhət deyilsə, sən onları incitməməlisən. Maşallah, hələ buna həm səhhətim, həm də peşəkarlığım imkan verir", - deyə aktyor bildirib.

Əli Rəhimoğlu

Milli.Az