Tillersonun Yaxın Şərq turnesi başlayır

11 Fevral 2018 09:26

ABŞ-ın dövlət katibi Reks Tillersonun Yaxın Şərq turnesi başlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, turne çərçivəsində İordaniya, Türkiyə, Livan, Misir və Küveytə səfərlər nəzərdə tutulub.  

Turne fevralın 11-dən 16-dək davam edəcək.  

Qeyd olunan ölkələrin rəhbərliyi ilə danışıqlar zamanı ikitərəfli münasibətlər, təhlükəsizlik və terrorla mübarizə məsələləri müzakirə ediləcək.

Turne çərçivəsində həmçinin iki geniş mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. 

Milli.Az