Viktoriya Bekhem "Spice Girls"ə qoşulub?

11 Fevral 2018 09:15

Britaniyanin "Spice Girls" pop qrupunun keçmiş üzvü Viktoriya Bekhem qrupa qoşulması barədə xəbəri təkzib edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə "Vogue" məlumat yayıb.

"Mən qastrola hazırlaşmıram. "Spice Girls" tura hazırlaşmır", - deyə Bekhem nəşrə bildirib.

Keçmiş qrup üzvü hazırda paltar dizaynı ilə məşğuldur və Nyu-Yorkda yeni kolleksiyasının nümayışinə hazırlıq görür.

Daha əvvəl mətbuat xəbər vermişdi ki, "Spice Girls" qrupunun birləşmiş üvləri dünya turuna çıxmaq niyyətindədirlər.

Milli.Az