Dəməşqin mərkəzi minaatanlardan atəşə tutuldu

11 Fevral 2018 09:00

Terrorçular Dəməşqin mərkəzini minaatanlardan atəşə tutub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, minalardan bir neçəsi "Damaroz" otelinin yaxınlığında partlayıb.   

SANA-nın məlumatına görə, insident nəticəsində 11 nəfər xəsarət alıb.

Qeyd edək ki, bir neçə gün əvvəl terrorçuları Dəməşqin prezident rayonunu bombalayıb. Minalardan biri Rusiyanın Suriyadakı ticarət nümayəndəliyinin binasına dəyib, xəsarət alan olmayıb. 

Milli.Az