Hindistanda üç terrorçu məhv edilib

11 Fevral 2018 08:02

Hindistan ordusu "Caişi-Məhəmməd" terror qruplaşmasının üç yaraqlısını məhv edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Hindistan ordusunun yaydığı məlumatda deyilir.

Terrorçuların Cammu və Kəşmir ştatındaki hərbçilərin və onların ailə üzvlərinin yaşadığı düşərgəyə hücum etdiyi bildirilir.

Hücum zamanı avtomatlardan və qumbaralardan istifadə edilib. Hücumnan sonra terrorçular hadisə yerindən uzaqlaşıb.

Yerli KİV-lərin məlumatına əsasən, insident nəticəsində iki nəfər düşərgə sakini həlak olub, 9 nəfər xəsarət alıb.

Digər terrorçuların axtarışı üzrə əməliyyat davam edir.

Milli.Az