Olimpiadada zəlzələ həyacanı

11 Fevral 2018 07:48

Cənubi Koreyanın Pxençxan şəhərindəki Olimpiya kəndində yaşayan 2018 Qış Olimpiya Oyunlarının iştirakçıları SMS vasitəsi ilə zəlzələ barədə xəbərdarlıq alıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 4,6 bal gücündə zəlzələnin Pxençxandan 160 kilometr məsafədə yerləşən Pxoxan şəhərində baş verdiyi bildirilib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 5:03-də qeydə alınıb.

"Zəlzələnin episentri Pxoxan şəhərinin Buk-Qu rayonundan 5 kilometr şimal-şərqdə yerləşib. Sayıq və diqqətli olun, yeraltı təkanlar təkrarlana bilər.-məlumatda bildirilib.

Milli.Az