Sabunçuda yanğın olub

11 Fevral 2018 07:35

Paytaxtda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 30 m2 olan köməkçi tikilinin bir otağının yanar konstruksiyaları və əşyalar 10 m2 sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Milli.Az