ABŞ-da atışma: 2 polis öldürüldü

11 Fevral 2018 07:28

ABŞ-ın Ohayo ştatında atışma nəticəsində iki polis əməkdaşı öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, insident Uestervill şəhərində baş verib.

Yerli KİV-lərin verdiyi xəbərə görə, polislər hadisə yerinə Çağrı Mərkəzinə daxil olan siqnal əsasında gəliblər. Burada hüquq mühafizəçiləri və şübhəli şəxs arasında atışma baş verib.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Milli.Az