İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

10 Fevral 2018 23:31

Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə (külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq) ittiham olunur.

Hazırda onun Azərbaycana ekstradisiya məsələsi həll olunur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində