Meksikada 150 qeyri-qanuni miqrant saxlanılıb

10 Fevral 2018 23:08

Meksikada avtobus və avtomobillərdə ABŞ ərazisinə keçməyə cəhd edən 150-dən çox qeyri-qanuni miqrant saxlanılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin milli miqrasiya institutu məlumat yayıb.

Onların Qvatemala və Honduras vətəndaşları olduğu bildirilir.

Saxlanılanlar arasında 53 uşaq olub.

Miqrantların dəhşətli şəraitdə: havalanma sistemi, su və qida olmadan daşındığı qeyd olunur.

Saxlanılan şəxslər miqrasiya xidmətinə təhvil verilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində