Alla Puqaçova makiyajsız belə görünür - FOTO

11 Fevral 2018 04:30

Rusiyanın xalq artisti Alla Puqaçova İnstaqramda paylaşdığı fotosu ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 68 yaşlı sənətçinin yaşından xeyli cavan görünməsi, üzündə qırışların olmaması sosial şəbəkələrdə ən çox müzakirə olunan xəbərlərindən biri olub.

Bundan təngə gələn Alla makiyajsız çəkilən şəklini hesabında yerləşdirib və yazıb:

"Çoxları məni makiyajsız, yəni eybəcər görmək istəyirdi. Arzunu yerinə yetirirəm. Amma unutmayın ki, apreldə 69 yaşım olacaq".

Sənətçinin fotosuna qısa zamanda 150 mindən çox "like" gəlib və 12 minə yaxın şərh yazılıb.

Milli.Az