Eyyub Yaqubov: "Oğlum və 5 yaşlı nəvəm yanımdadır" - FOTO

12 Fevral 2018 21:09

Əməkdar artist Eyyub Yaqubov nəvəsindən danışıb.

Milli.Az-a açıqlama verən müğənni oğlunun artıq Bakıda yaşadığını qeyd edib:

"Oğlum artıq Bakıda mənim yanımda yaşayır. Baba olmaq gözəl hisdir, insan sevinir, nəvə ilə vaxt keçirir. Düzünü desəm, nəvəmlə o qədər də çox vaxt keçirə bilmirəm, çünki işlərim çox olur. Nəvəm artıq 4 yaşındadır, 5 yaşına keçib. Allah hamıya nəvə, nəticə nəsib etsin. Allah bütün balaları qorusun" deyə müğənni bildirib.

Əli Rəhimoğlu
Milli.Az