Tanınmış bəstəkardan sərt sözlər: "Onların səsinə ehtiyacım yoxdur"

13 Fevral 2018 21:07

Tanınmış bəstəkar Aygün Səmədzadə bəstələrindən danışıb.

Milli.Az-a açıqlama verən bəstəkar mahnılarını müğənnilərdən üstün tutduğunu bildirib:

"Mahnı oxumaq üçün, ilk növbədə, müğənninin səsi olmalıdır. Desəm ki, mahnılarımı oxumaq üçün müğənnilər gündə mənə müraciət edirlər, bu yalan olar. Heç mən də istəmirəm ki, bütün müğənnilər mahnılarımı oxusun. Mən o bəstəkarlardanam ki, mahnılarımı müğənnilərdən üstün tuturam. Əgər mahnılarımı sevdirəcəklərsə, oxusunlar, əks halda onların səsinə ehtiyacım yoxdur".

Əli Rəhimoğlu
Milli.Az