Soyuq havalarda qadınların qənimi - SİSTİT

10 Fevral 2018 22:35

Sistit- sidik kisəsi selikli qişasının iltihabıdır. Daha çox " qadın xəstəliyi" kimi tanınır. Statistikaya görə, yer üzünün bütün qadınlarının 50%- heç olmasa ömründə bir dəfə sistitə tutulur. Hər 10 nəfərdən biri isə, soyuq qış aylarında təkrar-təkrar xəstəliyi keçirir.

Simptomları: tez-tez tualetə getmək, az sidik, sidiyin sonunda kəskin ağrı, sidiyin rənginin tündləşməsi, bulanıq olması.
Bundan əlavə xəstənin halında heç bir narahatlıq olmur, temperatur qalxmır.

Milli.Az medicina.az-a istinadən bildirir ki, sistit bakterial infeksiyadır, qadınların kiçik olan uretrasından asanlıqla sidik kanalına düşür. Mənbə vagina və ya anal dəlikdir. Bəzi hallarda bakteriya iltihablı böyrəkdən böyrək yolları ilə sidik kisəsinə düşür.
İmmuniteti yüksək olan insanlarda sidik kanalına iltihab düşsə də orqanizmin müdafiə mexanizmi işə düşüb, onu zərərsizləşdirə bilər.  Müdaiəf antitelləri yad infeksiyanı məhv edə bilər.

Xəstəlik o halda kəskinləşir ki, təbii müdafiə sistemi işləmir.
Kİmlərdə sistit daha çox rast gəlinir:
-5-8 yaşlı qızlarda - onlarda vaginal mikroflora dəyişən dövr olduğundan və bəzən uşaqlar gigiyenaya tam əməl etmədiyindən baş verir
-Müntəzəm və çox cinsi əlaqədə olanlarda
-Hamiləlik zamanı, uşaqlıq böyüdükcə sidik kisəsinə basır
-Menopauza döcründə - orqanizmdə estrogenlərin səviyyəsi düşür
-Həddən artıq soyuğa məruz qaldıqda, qar üzərində oturduqda, qışda nazik alt geyimi və corab geyindikdə

Diqqət: baxmayaraq ki, qadınlar daha çox sistit olur, bəzən kişilər də sistitə yoluxa bilər. Daha çox yaşlı kişilərdə sidiyin sidik kisəsinə axını pozulduqda bakteriyalar çoxalır.
 

Dərman yoxsa bitki müalicəsi?
Çxo qadınlar sistitə baş qoşmayaraq, müalicə almır, özbaşına mübarizə aparır: bitki çayı içir, isti hamamda oturur, vanna alır, sidikqovucu atır.
Bütün bunlar müvəqqəti sakitləşdirici təsir edir, amma sistiti yaradan əsas bakteriyaları öldürmür. Ona görə də sistiti kökündən müalicə etməyən insanlara zaman-zaman xəstəlik qayıdır.

Düzgün taktika:
-Uroloqda müayinə
-Sidik analizi vermək
-Həkim sizə uyğun maksimal effektiv antibakterial preparat təyin edir
-2 sutka sonra yüngülləşmə başlayır, sidikdən sonra yanğı, ağrı azalır. Amma müalicə yarıyoda saxlanılmır. Əks halda bakteriyalar tam təmizlənməyəcək.
-Tez tez təkrari sistit olanlarda daha ağır fəsadlar - pielonefrit yarana bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində