Fikri vəsvəsə ilə necə mübarizə aparaq?

10 Fevral 2018 23:45

Bir nəfər öz həyat tərzindən bezdiyi üçün, yardım istəyir və yazır: "Mən beş il bundan qabaq ümrəyə getmişdim və dini baxımdan həmsəfərlərimlə eyni səviyyədə idim. Mən də başqa zəvvarlar kimi ziyarətin əməllərini yerinə yetirdim. Ancaq geri qayıdandan sonra məni vəsvəsə bürüdü ki, bəlkə hansısa əməli etməmişəm. Bəlkə namazdakı dəstəmazlarım düz olmamışdır? Ona görə də mənə yardım edin".

Cavab: Sizin fikri vəsvəsəniz vardır və səbəbi də keçmiş depressiyaların nəticəsidir. Dinimizdə adətən yaralı insanın aldığı dəstəmazla sağlam insanın aldığı dəstəmaz fərqli olduğu kimi, sizin də vəzifəniz fərqlidir.

Ona görə də təklif edirik ki, bu tövsiyələrə əməl edəsiniz:

1. Vəsvəsələrin davamlı olmasını əngəlləyin. Milli.Az deyerler.org-a istinadən bildirir ki, imkan verməyin ki, fikir sürəci vəsvəsənin ardınca gedib, sizi sabit bir əminlik halına gətirsin.

2. Fikirlərinizlə bağlı xüsusi narahatlıq keçirməyin. Öz-özünüzə deyin ki, bunlar təbii fikirlərdir və qeyri-adi bir şey yoxdur. Amma onların ardınca getməyin.

3. O zaman ki, vəsvəsi fikirlər sizə hücum edir, vəziyyətinizi, məkanınızı dəyişin və ya başqa bir işlə məşğul olmağa çalışın. Bu zaman, zikr etməyə başlayın.

4. Özünüzü əlibağlı və məğlub hesab etməyin. Bəzi hallarda özünüz qəsdən həmin fikirləri yadınıza salın və onlarla mübarizə aparın. Heç bir halda onların ardınca getməyin.

5. Gözləməyin ki, dərhal düzələcəksiniz. Bu müalicə tədricən olur, bəzən neçə aylar da çəkir. Ona görə də səbirli olmağı öyrənin.

6. Vəsvəsə ilə bağlı tövsiyə edilən zikrləri gündəlik yaşamınızın bir hissəsi edin.

7. Əqli dəlillərlə fikri vəsvəsələrin batilliyini özünüzə sübut edin.

8. İdman edərək və bədəni təhrik edərək, çalışın bədəninizdəki gərginliyi aradan aparasınız. Çox vaxt vəsvəsələr halsızlığın və süstlüyün nəticəsində baş verir.

9. Əhvalınızı xoş etməyə çalışın. Unutmayın ki, vəsvəsə üçün münbit şərait - insanın ümidsiz və gərgin durumudur.

10. Namazları vaxtında qılın, diqqətinizin yayınmasına qoymayın.

11. Mütəmadi olaraq, Quran oxuyun, oxuduğunuz üzərində təfəkkür edin.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin