Mətbuat xidmətinin sabiq rəhbəri xəbər portalı açdı - Özü də görün nə ilə bağlı... - FOTO

8 Fevral 2018 12:41

Azərbaycanda ilk qida xəbərləri portalı - "Foodinfo.Az" fəaliyyətə başlayıb.

Milli.Az xəbər verir ki, oxucular portalda sağlam və zərərli qidalar, pəhriz və sağlam qidalanma, eləcə də qidaların saxlanması qaydaları, mağazalar, ticarət obyektlərindən ideal alış-veriş qaydaları, restoranlar, qida təhlükəsizliyi, keyfiyyətə nəzarət, ölkədə və dünyada ərzaq bazarındakı vəziyyət, endirimlər və s. barədə özəl xəbərlər və məqalələrlə tanış ola bilərlər.

Portalda habelə, qida şirkətləri, mağazalar şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək.

Qeyd edək Foodinfo.Az qida xəbərləri portalının baş redaktoru tanınmış jurnalist Orxan Əlidir (Orxan Əliyev).

Xatırladaq ki, Orxan Əli bundan öncə bir sıra KİV-lərdə çalışıb, 2012-2014-cü illərdə isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Mətbuat xidmətinin rəhbəri olub.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində