"Qəfildən ürək ağrısı tutdu və...” - Böyükağa Hacıyevin oğlu

8 Fevral 2018 10:32

Bu gün infarkt keçirən, ürəyindən əməliyyat olunan "Bakı"nın və "Neftçi"nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin hazırda durumu ağırdır.

Milli.Az xəbər verir ki, bu haqda futbolxeber.az saytına təcrübəli mütəxəssisin böyük oğlu Yusif Hacıyev məlumat verib:

Mərkəzi Klinik Xəstəxana: Böyükağa Hacıyevin vəziyyəti sabitdir - YENİLƏNİB

"Böyükağa müəllim beynindəki problemlə əlaqədar Moskvaya əməliyyata getməliydi. 1 həftə idi ki, "Modern Hospital"da palata vəziyyətində müalicə alırdı. Tezliklə Moskvaya yollanmalıydıq. Amma bu gün qəfildən ürək ağrısı tutdu və ardınca infarkt keçirdi. Dərhal əməliyyat olundu, ürəyinə stend qoyublar. İndi gözləyirik ki, ürəyi normal vəziyyətinə gəlsin. Ola bilər ki, ikinci əməliyyata da ehtiyac duyulsun. Hazırda əlimizdən gözləməkdən başqa heç nə gəlmir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində