Böyükağa Hacıyev xəstəxanamıza kardiogen şok vəziyyətində yayılmış infarkt diaqnozu ilə daxil olmuşdu. Həmin vaxt ürəyin gücü 20 faiz idi.
10:28
Milli.Az xəbər verir ki, bunu report-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın kardiologiya şöbəsinin müdiri Firdovsi İbrahimov deyib. O bildirib ki, görülmüş tədbirlər nəticəsində xəstənin vəziyyəti sabitləşməyə başlayıb: "Böyükağa müəllimin ürəyinə 2 stend qoyduq, əlimizdən nə gəlirdisə, etdik. Hazırda vəziyyəti sabitliyə doğru gedir".
Tanınmış mütəxəssisin hələlik yeni əməliyyata ehtiyacının olmadığını söyləyən həkim xəstənin reanimasiya şöbəsində qalmasının vacibliyini vurğulayıb: "Pasiyentimizin əvvəllər digər xəstəlikləri də olub. Bunların müalicə prosesinə təsiri olduğundan, xəstəliyi hələ də risklidir. Ona görə reanimasiya şöbəsində daha iki gün qalmasına ehtiyac var. Daha sonra vəziyyətini qiymətləndirərək, müvafiq qərar qəbul edəcəyik. Hələlik yeni əməliyyata ehtiyac yoxdur".
Qeyd edək ki, Böyükağa Hacıyev 2006-cı ildə "Bakı" klubuna Azərbaycan çempionluğu, 2012-2013 və 2013-2014 mövsümlərində "Neftçi"yə Azərbaycan çempionluğu və ölkə kubokunu qazandırıb. Bundan başqa, Hacıyev tarixdə ilk dəfə "Neftçi"ni 2012-2013 mövsümündə Avropa Liqasının qrup mərhələsinə çıxarıb.
----------
07:13
"Neftçi" və "Bakı" klublarının sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin vəziyyəti sabitdir.
Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə onun əməliyyat olunduğu Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.
"Böyükağa Hacıyevin vəziyyəti stabildir, ürəyinə stend qoyulub. Onun əməliyyat edilməsinə ehtiyac yoxdur", - deyə Mərkəzi Klinik Xəstəxanadan bildirilib.
Qeyd edək ki, Böyükağa Hacıyev ötən axşam Mərkəzi Klinik Xəstəxanada əməliyyat olunub. Onun ürəyinə iki stend qoyulub.
07.02.2018
23:30
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.
Milli.Az bildirir ki, apasport.az-a bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulub.
Həkimlərin rəyinə əsasən bir neçə saat sonra növbəti - açıq ürək əməliyyatı olacaq.
Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı" və "Neftçi" klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi"ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.
----------
22:14
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb. Milli.Az bildirir ki, apasport.az-a bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər.
Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulacaq.
Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı" və "Neftçi" klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi"ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.
Milli.Az