Səmranın geyimi tənqid edildi - FOTO

7 Fevral 2018 14:25

"Eurovision" təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotolarını paylaşıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçinin 81 minlik İnstaqram səhifəsində yayımladığı şəkil sinə dekoltesi ilə diqqət çəkib. Səmranın fotosuna 1700-dən çox bəyəni gəlib. İzləyicilərinin əksəriyyəti müğənninin açıq sinəsini tənqid ediblər.

Səmra paylaşımında "Seçə bilmədim hansı daha yaxşıdır. Tərəzi bürcü olmaq heç yaxşı deyil" şərhini yazıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində