Bakıda "Radiozavod"da yanğın söndürülüb - YENİLƏNİB - VIDEO - FOTO

6 Fevral 2018 20:56

20:56

"Radiozavod"da baş vermiş yanğın söndürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu gün saat 19:17-də nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərində Müdаfiə Sənаyеsi Nаzirliyinə aid müəsisissələrdən birinin ərazisində partlayışla nəticələnən yanğın hadisəsinin baş verməsi barədə məlumat daxil olub. İlkin məlumata görə, hadisə ümumi sahəsi, təqribən 250 kv.m olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib.

Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08-də söndürülüb.

Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Ətraf ərazilərə təhlükə yoxdur.

--------

20:42

Bakının Xətai rayonundakı "Radioquraşdırma zavodu" İstehsalat Birliyində baş vermiş partlayış yanğınla müşayiət olunur. 

Milli.Az report.az-a istinadən bildirir ki, əraziyə 17 yanğınsöndürən maşın, xeyli sayda təcili tibbi yardım briqadası, polis əməkdaşları cəlb olunub. 

"Radioquraşdırma zavodu" istiqamətindəki yollar nəqliyyatın hərəkəti üçün bağlanıb. 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerindədir. 

----------

19:47

Bakının Xətai rayonunda zavodda güclü partlayış baş verib. 

Milli.Az report.az-a istinadən bildirir ki, əraziyə xeyli sayda yanğınsöndürən maşın və təcili tibbi yardım briqadası cəlb olunub. 

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon yanğından mühafizə hissəsindən "Report"a verilən məlumata görə, partlayış Radioquraşdırma zavodu ərazisində qeydə alınıb. 

Hazırda ərazidə qatı tüstü müşahidə olunur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Пожар на

Videonu izləmək üçün şəklə klikləyin:
В сети появилось видео взрыва на