Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə H.Abbasov adına Maştağa Mədəniyyət evində 2 fevral Gənclər gününə həsr olunmuş "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndələri, Sabunçu rayon Gənclər və İdman İdarəsinin əməkdaşları, N saylı hərbi hissənin zabitləri, tələbələr iştirak ediblər.
Tədbiri aparıcı Ayaz Məmmədov açıq elan edərək ölkəmizdə 2 fevral Gənclər gününün yaranma tarixindən hər kəsə geniş məlumat verib. Gəncləri xalq artisti Fidan Hacıyeva, tanınmış müğənnilər Rahidə Baxışova, Aysel Əlizadə, Roza Zərgərli, Emil Bədəlov,Əbdül Xalid, Leyla Ramazanlı və başqaları öz maraqlı çıxışları ilə təbrik ediblər.
H.Abbasov adına Mədəniyyət evinin "İncəsənət" rəqs ansanblı və "Nağara" ritm qrupunun çıxışları tədbirə xüsusi rəng qatıb. Konsert hər kəsə xoş əhval- ruhiyyə bəxş edib.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində