"Azəri Top Model"də rəqabət getdikcə gərginləşir - FOTOSESSİYA
9 Avqust 2011 14:33
Dünən 13 model xanımın iştirakı ilə "Azəri Top Model" müsabiqəsi keçirildi. Milli.Az xəbər portalının məlumatına görə, layihənin ideya müəllifi, əməkdar artist Firdovsi Atakişiyevin aparıcılığı ilə gerçəkləşən müsabiqədə ilk əvvəl 13 model xanım podiuma təşrif buyuraraq, dünya şöhrətli modelyerlərin geyim kolleksiyalarını nümayiş etdirdilər. DJ Çinanın müşayiəti ilə podiuma bir-bir çıxan modellər onlar üçün ayrılan yerdə durdular.
Nəzərinizə çatdıraq ki, geyimləri "Debenhams" geyim mağazası təqdim edib.
Daha sonra aparıcı müsabiqə iştirakçılarının SMS nömrələrini açıqlayaraq, tamaşaçıları ən yaxşı modeli seçməyə səslədi.
F.Atakişiyev münsiflər heyətini təqdim etdi. Əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, stilist Syama, müğənni və model Züleyxa Akçurina, geyim üzrə stilist Aygün Əliyeva, o cümlədən budəfəki verilişin fotoqrafı Anfisa Bessonova və müğənni Natavan Həbibi münsiflər heyətini təmsil edirdilər.
"Pasaj" jurnalının baş redaktoru Nərminə Ağası isə səhhəti ilə əlaqədar verilişə qatıla biməmişdi.
Verilişdə müğənni Natavan Həbibi repertuarında yer alan mahnıları ifa etdi.
Onu da qeyd edək ki, uzun ətəkli don ilə səhnədə Muxtar Abseynovun yeni mahnısını ifa edən Natavan Həbibi, müsabiqə iştirakçıları ilə rəqs edirdi.
Bundan başqa, verilişdə Firdovsi Atakişiyevin DJ Çina və iştirakçılarla zarafatlaşıb, rəqs etməsi, model-müğənni Züleyxa Akçurinanın səhnədə defile etməsi maraq doğuran məqamlardan idi.
Müsabiqənin sonunda həftə boyu model xanımların fotoqraf Anfisa Bessonovanın hazırladığı fotossesiyası təqdim olundu. Budəfəki fotosessiyalar Novxanı bağlarında, təbiətin fonunda çəkilmişdi.
Münsiflər heyətinə nümayiş olnunan fotosessiyaların nəticəsində Aleksandra Şevçenkonu qalib seçdilər.
Daha sonra aparıcı SMS nəticələrini açıqladı. Belə ki, həftənin birincisi model Rüstəmova Elvira, ikincisi Əbilova Gülnar və üçüncüsü Eyyubova Diana oldu. Müsabiqəni tərk edən isə Rzayeva Təranə oldu.
Nəzərinizə çatdıraq ki, iştirakçı model Xana Həsənova öz istəiyi ilə müsabiqəni yarımçıq tərk edib.
Xatırladaq ki, qonaqlara və modellərə modelyer Fəxriyyə Xələfovanın "Nuray" qadın ətri hədiyyə olunurdu.
Məlumat üçün bildirək ki, müsabiqə hər həftənin bazar ertəsi saat 22.30-da "Lider" televiziyasında keçiriləcək. Hər həftənin cümə axşamı və cümə günü 20 dəqiqəlik gündəliklər olacaq ki, bu da televiziya vasitəsilə yayımlanacaq. Gündəliklərin aparıcısı peşəkar model İlqar Əliyev olacaq. Gündəliklərin çəkilişi müxtəlif məkanlarda aparılacaq, müxtəlif geyimlərdə modellərin fotosessiyaları, rəngarəng görüntüləri təqdim olunacaq.
Layihənin baş sponsoru "Nissan - Azərbaycan" şirkəti, informasiya tərəfdaşı TREND Xəbərlər Şirkəti, Day.Az və Milli.Az xəbər portallarıdır.
"Azəri Top Model"lərin SMS seçiminə görə, həftəlik siyahısı:
Rüstəmova Elvira
Əbilova Gülnar
Eyyubova Diana
Rizayeva Oksana
Ramazanova Nərminə
Allahverdiyeva Səbinə
Şevçenko Aleksandra
Arsentyeva Olqa
Cəfərova Maya
Əliyeva Çinarə
Əlizadə Ləman
Klimova Yuliya
Rzayeva Təranə
Fuad Mədətov
Milli.Az






























































