Məmmədyarov Lavrovla telefonla Qarabağ barədə danışıb

2 Fevral 2018 11:32

Azərbaycan və Rusiya xarici işlər nazirləri Elmar Məmmədyarov və Serqey Lavrov arasında 1 fevral tarixində telefon danışığı olub.

Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Milli.Az-a bildirib ki, telefon danışığı əsnasında nazirlər regional və beynəlxalq gündəliyə aid mövzular, o cümlədən Xəzər dənizinin hüquqi statusu, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar və ikitərəfli əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Qeyd edək ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana 6 fevral tarixində gəlmələri, 7 fevral tarixində isə müvafiq rəsmi görüşlər keçirmələri gözlənilir.

Səfər çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə hal-hazırda aparılan intensiv və məntiqi əsaslı danışıqlara dair müzakirələrin davam etdirilməsidir.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində